Qarabağı tərk edən erməni: azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm

TOPLUM bölməsi

11:05 - 25 Sentyabr 2023

 Qarabağı tərk edən erməni: azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm

Doğulandan Əsgəranda yaşamışam. Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm.

Yenipress.az xəbər verir ki, bunu Report-a açıqlamasında Qarabağın erməniəsilli sakini Serjik Qriqoryan deyib.

O bildirib ki, Xankəndiyə bir daha qayıtmaq istəmir:

“Yaşım 60-dan çoxdur. Əsgəranda doğulmuşam və orda da yaşayırdım. Azərbaycanlılarla çox işləmişəm. Traktorçu olaraq çalışırdım. Mən azərbaycanlıların ancaq yaxşılığını istəyirəm, onların mənə çox xeyri dəyib”.

S.Qriqoryan bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən ona heç bir maneə yaşadılmayıb:

“Burdan keçəndə heç bir problem yaratmadılar. Qayıtmaq fikrim yoxdur”.

Xəbər xətti