Yeni 5 qəpiklik buraxıldı - Foto

İQTİSADİYYAT bölməsi

09:45 - 25 Sentyabr 2023

 Yeni 5 qəpiklik buraxıldı - Foto

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları 25 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə Yenipress.az-a MB-dən məlumat verilib.

Bildirilib ki, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd  edilib ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Xəbər xətti