Putinin yeni əmri: Dünya üçün təhlükə yaxınlaşır - Şok açıqlama

SİYASƏT bölməsi

11:31 - 28 Fevral 2022

 Putinin yeni əmri: Dünya üçün təhlükə yaxınlaşır - Şok açıqlama

Rusiya prezidentinin strateji çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə gətirilməsi barədə əmrindən sonra proseslər bütün dünya üçün təhlükəli həddə yaxınlaşır.

Yenipress.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Fərhad Məmmədov bildirib.

“Ukraynaya müdaxilə Rusiya rəhbərliyi üçün hesablanmamış oldu. Qərbdən resurs alan, silahlandırılmış xalqla müharibə, sanksiyaların nəticələri və daxili narazılıq gözlənilməz nəticələrə gətirib çıxara bilər”, - deyə ekspert hesab edir.

Onun sözlərinə görə, bu şəraitdə Rusiyanın məqsədlərini artırması təsadüfü deyil. Mesajın əsas ünvanı ABŞ-la yanaşı, həm də Rusiyanı açıq şəkildə dəstəkləməyən Çindir:

“ABŞ-ın diqqətini Sakit okeandan Avropaya doğru çəkdiyinə görə proses başlayanda Pekin rahat idi. Çünki əgər Rusiya ABŞ-dan “təhlükəsizlik zəmanətləri”ni ala bilsəydi, onda Çinin öz sərhədlərində yararlana biləcəyi bir presedent yaranardı. Rusiyanın Ukraynaya açıq təcavüzünün başlanması Çinin gözləntilərini azaltdı. Əgər Rusiya qoyulan məqsədlərə 48 saat ərzində nail ola bilsəydi, Çin də Tayvan məsələsində eyni cəhdə əl atardı. Yəqin ki, Rusiya Prezidenti Olimpiadanın açılışında bu planlar barədə ÇXR sədrinə söyləmişdi, - deyə o qeyd edib.

Məmmədovun fikrincə, müharibə öz məqsədlərinə çatmayıb, ukraynalılar şiddətli müqavimət göstərirlər:

“Bu şəraitdə Çinin rolu ola bilər və olmalıdır. Amma nə kimi?! Nüvə silahının tətbiqi təhlükəsi prosesləri qlobal səviyyəyə çıxarır. Səbəb? Faktiki olaraq məhdud blokadada olan Kalininqrada çıxış. Belarusun müharibəyə qoşulması Ukrayna sərhədi ilə məhdudlaşmır, orada isə NATO ölkəsi qarşıya çıxır... Yaxud Çin daha bir cəbhə açacaq və bununla da dünya müharibəsini Asiya ilə qızışdıracaq... Və ya yeni təhlükəsizlik sisteminin formalaşdırılması mövzularında Rusiya və ABŞ ilə danışıqlar aparacaq. Və ya Rusiya elitasında parçalanma yaradır. Beləliklə, Rusiya ABŞ-dan (NATO-nun hər hansı digər ölkəsindən deyil) məhdud zəmanətlər almış olacaq, qoşunlarını Ukraynadan çıxara bilər (ABŞ ki məqsədinə çatmamış bunu etdi) və Qərblə danışıqları davam etdirə bilər. Manevr üçün məkan danışıqlar üçün heç bir yer qoymadan böyük sürətlə daralır.

Əli Şans

Xəbər xətti