Ağdamın Abdulgülablı kəndində "Kamaz" markalı avtomobilin minaya düşməsi nəticəsində 2 nəfər şəhid olub.
Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayıılıb.
Bildirilib ki, onlardan biri polkovnik-leytenant Əkrəm Yunus oğlu Şadmanov, digəri isə Tural İslam oğlu Seyidovdur.
Daha 6 hərbçi isə yaralanıb.