Xankəndidə dinc əhalinin böyük bir qrupu girov götürüldü

SİYASƏT bölməsi

12:13 - 23 Sentyabr 2023

 Xankəndidə dinc əhalinin böyük bir qrupu girov götürüldü

Xankəndidə dinc əhalinin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.

Yenipress.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

"Hərbi mənbələrdən aldığımız məlumata görə, hazırda erməni əsilli mülki şəxslərin böyük bir qrupu Xankəndini tərk edərək Ermənistana səfər etmək istəyir. Daxil olan müraciətləri nəzərə alaraq Azərbaycan tərəfi bu məqsədlə lazımi təhlükəsiz dəhliz yaradıb. Lakin Xankəndinin daxilində qalan, qanunsuz rejimdən qalanların rəhbərlərinin nəzarətində olan qeyri-qanuni silahlı birləşmələr bu insanları girov saxlayırlar. Onlar  qorxurlar ki, mülki əhalinin şəhəri tərk etməsi rejimin son ləğvinə və onun liderlərinin həbsinə gətirib çıxaracaq", - məlumatda deyilr.

Yenipress.az

Xəbər xətti