Kərkicahan tamamilə boşaldıldı - Beqlaryan

SİYASƏT bölməsi

10:57 - 23 Sentyabr 2023

 Kərkicahan tamamilə boşaldıldı - Beqlaryan

Kərkicahan tamamilə boşaldılıb və hazırda Azərbaycan əsgərlərinin tam nəzarəti altındadır.

Yenipress.az xəbər verir ki, bu barədə separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan məlumat verib.

O bildirib ki, kəndə bitişik Xankəndi məhlələri də "təhlükəsizlik səbəbi" ilə təxliyə olunub.

Qeyd edək ki, Kərkicahan Azərbaycanın Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbədir. 10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçib.

Xəbər xətti