Rusiya gələn il hərbi xərclərini kütləvi şəkildə artırmağı planlaşdırır.
Yenipress.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, xərclər 2024-cü ildə ölkənin ümumi daxili məhsulunun 6%-ni təşkil edəcək, 2023-cü ildə 3,9%, 2021-ci ildə isə 2,7%-dir.
Hökumətin cümə günü müzakirə edəcəyi təkliflər layihəsinə görə, hərbi xərclər bu il 6,4 trilyon rubldan 2024-cü ildə 10,8 trilyon rubla (112 milyard dollar) yüksələcək. Proqnozlaşdırılan hərbi büdcə, Putinin 2022-ci ilin fevralında işğalına başlamazdan əvvəlki son il, 2021-ci ildə ayrılan 3,6 trilyon rublu üç dəfə artıracaq.