Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edə bilər.
Yenipress.az xəbər verir ki, bu barədə “Bulumberq” məlumat yayıb.
“Gələn ay Avropa Komissiyasının çoxillik üzvlük prosesinə başlaması ilə bağlı tövsiyə verəcəyi gözlənilir”, - hesabatda deyilir.
Nəşrin qeyd etdiyi kimi, tövsiyələr verildikdən sonra AB-ə üzv ölkələrin başçıları Kiyevin AB-ə daxil olması təşəbbüsünü təsdiqləməlidirlər.