Beynəlxalq yarışlarda qadın idmançıların hicabla çıxış etməsi ölkə üçün ən əhəmiyyətli məsələlərdəndir.
Yenipress.az xəbər verir ki, bunu İranın idman və gənclər naziri Kiyumərs Haşimi yerli mediaya açıqlamasında deyib.
“İdman federasiyalarında əsas iş mövzusu mədəniyyət və hicab məsələləri olmalıdır”, - nazir bildirib.
Qeyd edək ki, bir müddət əvvəl beynəlxalq idman federasiyaları qəbul olunmuş standart idman formalarından istifadə etməyən komandaların yarışlara buraxılmaması barədə təkliflər irəli sürüb.