Əgər sülhməramlıların olduğu avtomobil qəsdən vurulubsa və üzərində onlara məxsus işarələr aydın görünübsə, bu cinayətin əsas versiyası Qarabağ məsələsinin son həllində Rusiya-Azərbaycan-Türkiyə konsensusunu pozmaq istəyən “üçüncü qüvvə”nin olmasıdır.
Yenipress.az xəbər verir ki, bunu rusiyalı jurnalist və politoloq Maksim Şevçenko deyib.
“Fərz edək ki, azərbaycanlılar birdən-birə, gözlənilmədən, qələbə qazandıqları gün, Rusiya sülhməramlıları döyüşün nisbətən tez qansız dayandırılmasının qarantı kimi əsas rol oynamağa başlayanda (Qərbin genişmiqyaslı diplomatik müdaxiləsi başlamazdan əvvəl Bakının buna ehtiyac var idi), Rusiya sülməramlı kontingetinin işarəsi olan avtomobildə əsgərlərlə birlikdə rus yüksək rütbəli zabitini öldürmək qərarına gəlib. Nə üçün? Nifrətdən? Sülh prosesini pozub Rusiyanı özünə düşmən etmək, müharibəyə səbəb yaratmaq, yoxsa nə? Onda belə bir hərəkət yüksək rəhbərlik tərəfindən təsdiqlənməyə bilməzdi. Ən azından ordu üçün. Amma əgər Rusiya Prezidenti Azərbaycan Prezidentinin izahatlarını qəbul edib və bu izahatlar həm onun özünü, həm də Rusiya Müdafiə Nazirliyini qane edibsə, bu o deməkdirmi ki, Azərbaycan prezidenti “üçüncü qüvvənin” mövcudluğuna o qədər inandırıcı sübutlar təqdim edib ki, bunlar Rusiyanın yuxarı orqanlarını inandırıb? Bəs bu “üçüncü qüvvə” kimlərdir? Azərbaycanın xüsusi əməliyyat keçirdiyi, Şoyqunun isə Qarabağda baş verənləri İran müttəfiqlərinə izah etmək üçün getdiyi gün Rusiya-Azərbaycan-Türkiyə və İran konsensusunu kim pozmaq istəyər? Hansı variantlar var? Nə üçün biz bu “üçüncü qüvvə”nin agentlərinin ən mühüm geosiyasi münaqişə zonasında olmadığına və məsələn, Azərbaycanın Ordusuna sızmadığına inanırıq?
Rusiya sülhməramlılarının avtomobilini vurmaq qərarı, görünür, təcili və fövqəladə hal kimi qəbul edilib. Atışma nümayişkaranə addım kimi nəzərdə tutulmuşdu. Düşünürəm ki, Azərbaycan rəhbərliyi Rusiyaya bunun məhz casuslar tərəfinədən Moskva, Bakı və Ankara arasında razılaşdırılmış prosesi pozmaq cəhdi olması barədə mühüm sübutlar təqdim edib. Bu məntiq mümkündürmü?” - o bildirib.