Bayramov daha peşəkar davrandı - Krikoryan

SİYASƏT bölməsi

13:16 - 22 Sentyabr 2023

 Bayramov daha peşəkar davrandı - Krikoryan

Britaniyalı jurnalist Onnik Krikoryan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Təhlükəsizlik Şurasındakı çıxışlarını müqayisə edib.

Yenipress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Mirzoyan haqqında: Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Mirzoyan hətta daşnakların belə istifadə etmədiyi miqyasda qorxutma taktikasına qayıdır. Xatırlatmaq yerinə düşər ki, Paşinyan Qarabağda ermənilər üçün birbaşa təhlükə olmadığını bildirib. Hər halda belə görünür ki, beynəlxalq ictimaiyyət bununla razılaşmayacaq.

Bayramov haqqında: Azərbaycan XİN rəhbəri Mirzoyandan daha peşəkar və yetkinlik nümayiş etdirir və bildirir ki, bu, Qarabağ erməniləri ilə Bakı arasında aparılan danışıqlara heç də kömək etmir. Bunu söyləmək nə qədər qəribə görünsə də, erməni müxalifəti çoxdandır ki, Ermənistan Xarici İşlər Nazirliyinin Paşinyanın hakimiyyəti altında getdikcə daha çox dağıldığını vurğulayır”, - o qeyd edib.

Xəbər xətti