Ərəb fəallara ağır həbs cəzası verildi

DÜNYA bölməsi

12:31 - 22 Sentyabr 2023

 Ərəb fəallara ağır həbs cəzası verildi

Ərəblərin kompakt yaşadığı Xuzistan əyalətindən olan 8 fəal barəsində hökm çıxarılıb.

Yenipress.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, fəallar hər biri 6 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, “Hərakül Hoviyyə” (Kimlik Hərəkatı) təşkilatının üzvləri olan fəallar 2018-ci ildə həbs olunublar. Fəallar həmin ilin yaz ayında İran televiziyasında ölkədə, eləcə də Xuzistan əyalətində ərəb kökənli vətəndaşların yaşamadığına dair efirə gedən verilişə etiraz etdikləri üçün saxlanılıblar.

Xəbər xətti