ABŞ şirkəti İrana görə cərimə edildi

DÜNYA bölməsi

12:11 - 22 Sentyabr 2023

 ABŞ şirkəti İrana görə cərimə edildi

Amerikanın “3M” şirkəti İrana qarşı tətbiq edilən sanksiyalara əməl etmədiyi üçün 10 milyon dollar cərimə ödəməyə məhkum edilib.

Yenipress.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə istinadən məlumat yayıb.

Nəzərdə tutulan cəriməni qəbul edən şirkət 2019-cu ildə bəzi işçilərinin bu pozuntulara yol verdiyini aşkarlayaraq, hökuməti tez məlumatlandırdığını və əməliyyatların təfərrüatını açıqladığını bildirib.

“Qanun pozuntusuna yol vermiş bir neçə işçini işdən çıxarıb, məhsulların İrana satışına cavabdeh olan Almaniyada yaşayan bir vasitəçi ilə əməkdaşlığı dayandırdıq”, - şirkət əlavə edib.

Xəbər xətti