Paşinyan: İrəvanda iğtişaşları Köçəryanın oğlu təşkil edir

DÜNYA bölməsi

11:41 - 22 Sentyabr 2023

 Paşinyan: İrəvanda iğtişaşları Köçəryanın oğlu təşkil edir

Ermənistanda iğtişaşların təşkilinin arxasında ölkənin keçmiş rəhbərliyinə bağlı şəxslər dayanır.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib.

“Tələbələrdən və idmançılardan ibarət mütəşəkkil dəstələrin İrəvanda kütləvi iğtişaşlar təşkil etməyə cəhd etməsi nə deməkdir? Əldə etdiyimiz məlumata görə, onlardan birinin Ermənistanın keçmiş rəhbərlərindən birinin oğlu ilə, qalan tələbələrin isə Qarabağın “ali rəhbərliyi” (separatçıları nəzərdə tutur - red.) ilə əlaqəsi var. Amma kim olursa olsun, cavabımız sərt olacaq”, - o bildirib.

Xəbər xətti