Paşinyan doğru deyirsə, bəs, terroru kim dəstəkləyir?

GÜNDƏM bölməsi

11:33 - 22 Sentyabr 2023

 Paşinyan doğru deyirsə, bəs, terroru kim dəstəkləyir?

Ankara Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı əməliyyatından sonra uzunmüddətli sülhün gələcəyini və sülh sazişinin bəndlərinin həyata keçiriləcəyini gözləyir.

Yenipress.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Bir günlük əməliyyat nəticəsində onlar (Qarabağdakı separatçılar - red.) dedilər ki, biz təslim oluruq, bütün silahlarımızı təhvil verib, buradan gedəcəyik. Rusiya da bəyanatında həmçinin bildirib ki, oradakı bütün torpaqlar Azərbaycana məxsusdur. Düzdür, Paşinyan deyir ki, bizim orada baş verənlərlə heç bir əlaqəmiz yoxdur. Bəs sizin heç bir əlaqəniz yoxdursa, onları kim dəstəkləyir? Ümid edirəm ki, bu hadisələr uzunmüddətli sülhə doğru bir addım olacaq. Xüsusilə də əgər Ermənistan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsə və sülh müqaviləsinin bəndləri tez bir zamanda həyata keçirilərsə, bölgədə sülh və sakit mühit yaranar”, - Gülər bildirib.

Xəbər xətti