Onlar şərtlərimizi qəbul etməyəcəklərini deyirlər... - Hacıyev

SİYASƏT bölməsi

11:24 - 22 Sentyabr 2023

 Onlar şərtlərimizi qəbul etməyəcəklərini deyirlər... - Hacıyev

Bakı silahlarını təhvil verən Qarabağ sakinləri üçün amnistiya imkanlarını nəzərdən keçirir.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Röyters”ə açıqlamasında deyib.

“Keçmiş döyüşçülərə münasibətdə belə, əgər onları bu şəkildə təsnif etmək olarsa, biz amnistiya ehtimalını nəzərdən keçiririk. Bakı silahlarını təhvil verən “Qarabağ silahlı birləşmələri”nin üzvlərinə ölkəni tərk etməyə icazə verəcək. Hazırda isə biz görürük ki, bəzi ayrı-ayrı qruplar və zabitlər bizim şərtlərimizi qəbul etməyəcəkləri və müqavimət göstərməkdə davam edəcəkləri barədə açıq bəyanatlar verirlər”, - Hacıyev bildirib.

Xəbər xətti