İrəvanda son vəziyyət: Əsas küçələr bağlandı

DÜNYA bölməsi

16:30 - 21 Sentyabr 2023

 İrəvanda son vəziyyət: Əsas küçələr bağlandı

​İrəvan xaosa qərq oldu. Qarabağda baş verən hadisələr fonunda İrəvanın mərkəzində Baş nazir Paşinyanın istefası tələbi ilə bir sıra mərkəzləşdirilməmiş aksiyalar və yürüşlər keçirilir. Siyasi qüvvələrin nümayəndələri, tələbələr və sadə vətəndaşlar oturaq piketlər keçirib, aclıq aksiyasına başlayıb və paytaxtın bir sıra mərkəzi küçələrini bağlayıblar. Hazırda vətəndaşlar Xancyan küçəsində insan zənciri yaradaraq oradakı nəqliyyatın hərəkətini tamamilə bağlayıblar.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Respublika meydanına gedən küçələrdə də nəqliyyatın hərəkəti kəsilib:

“Paralel olaraq “Daşnaksütyun”un gənclər qolu tərəfindən də yürüş keçirilir. “Daşnaksütyun”un təmsilçisi Sevak Nazaryan hamını onlara qoşulmağa və saat 18:00-da Respublika meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb”.

Xəbər xətti