2024-cü il prezident seçkilərində qalib gəlsəm, prezidentlik dövrümdə müsəlman ölkələrinə tətbiq edilən səyahət qadağası yenidən qüvvəyə minəcək və federal hüquq-mühafizə bölmələri Meksika sərhədində yerləşdiriləcək.
Yenipress.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.
Qeyd edək ki, Tramp vəzifəyə gəldikdən bir həftə sonra 2017-ci ildə İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoyub.