Əliyevi Putindən üzr istəməyə vadar edən xainlər...

SİYASƏT bölməsi

15:22 - 21 Sentyabr 2023

 Əliyevi Putindən üzr istəməyə vadar edən xainlər...

Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edib, rus sülhməıramlıların qətlinə görə üzrxahlığını çatdırıb, günahkarların dərhal cəzalanacağını bildirib.

Səbəb odur ki, ötən gün – Azərbaycan Ordusunun antiterror tədbirləri dayanandan sonra Canyataq kəndi ərazisində rus sülhməramlıların maşını atəşə tutulub, içərisində iki komandir müavini də olmaqla, 5 nəfərin hamısı ölüb.

24 saata möhtəşəm əməliyyat keçirib, terrorçuları darmadağın edən və ağ bayraq qaldırmağa vadar edən, separatizmin kökünü qazıyan bir Ali Baş Komandanı Putinə zəng edib, üzrxahlığa vadar edən hansı xaindir? Kimdir bunlar?

Bu xainlər 2020-ci il 9 noyabrında da Rusiya helikopterini vurmaqla Azərbaycanın qalib Prezidentinə belə xəyanət etmişdilər, qələbəmizə arxadan zərbə vurmuşdular.

Eyni ssenari, eyni əmr, eyni xəyanət!

İndi təsəvvür edirsinizmi İlham Əliyev hansı güclərlə - daxildə və xaricdə - mübarizə aparır?

Eyni gündə Şarl Mişel, Makron da daxil olmaqla, hələ də rəsmi qurumların açıqlamadığı xeyli “lider” Azərbaycan Prezidentinə zəng edir, təzyiq göstərməyə çalışır və bu dəm... daxildən inanılmaz bi xainlik baş verir.

Qalib bir Ali Baş Komandana, düşməni diz çökdürən bir Prezidentə bundan dəhşətli zərbə vurmaq mümkün deyildi.

Ordumuzun içində olan bu qarayara dərhal təmizlənməlidir və əgər 2020-ci il 9 noyabr hadisəsindən sonra hələ də təmizlənməyibsə, bunun səbəbləri də izah edilməlidir.

Bu şəxslər açıq şəkildə mühakimə olunmalı, ömürlük həbsə göndərilməlidir – həm də Vətənə xəyanətlə.

Kefsiz İsgəndər

Xəbər xətti