Donuz əti yeməzdən əvvəl "Bismillah" deyən tiktoker həbs edildi - Video

MAQAZİN bölməsi

15:06 - 21 Sentyabr 2023

 Donuz əti yeməzdən əvvəl

İndoneziyalı Tiktok fenomeni 33 yaşlı Lina Lutfiavati paylaşdığı videoya görə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Yenipress.az Ölkə.az-a istinadla xəbər verir ki, buna səbəb onun donuz əti yeməzdən öncə Bismillah deməsi olub.

Lina dini dəyərləri təhqir etmək və ədavət salmaq ittihamı ilə məhkəməyə verilib.

Həmçinin həbs cəzasına əlavə olaraq 16 245 dollar (təx. 27 616 AZN) pul cəzası ödəməsinə hökm edib.

Bu pulu vaxtında ödəməsə, həbs müddəti 3 ay uzadılacaq.

Lina donuz ətinə maraq göstərdiyi üçün yediyini bildirib.

Fenomenin Tiktokda 2 milyondan çox izləyicisi var.

Xəbər xətti


Digər xəbərlər