Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal

GÜNDƏM bölməsi

13:09 - 21 Sentyabr 2023

 Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal

Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı görüş başladı.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüşün ilk dəqiqələrindən 3 mühüm detal diqqət çəkir.

Birincisi, görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbi var;

İkincisi, görüşdə Qarabağın erməni icmasını təmsil edən qondarma “deputat” David Melkumyan və Sergey Martirosyanın pencəyində separaçıların “bayrağı” əks edilmiş yaxa sancağı yoxdur;

Üçüncüsü, görüşdə Rusiya sülhməramlılarını təmsil edən heç kim iştirak etmir.

Bu, rəsmi Bakının görüş zamanı bütün subliminal və siyasi məna ehtiva edəcək detalları nəzərə aldığını və üstünlüyünü göstərdiyini sübut edir.

Xəbər xətti