İrəvandakı Yerablur hərbi panteonunda ölən əsgərlərin valideynləri ilə “Mülki Müqavilə” partiyasının deputatları arasında dava düşüb.
Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Vətəndaşlardan biri iqtidaryönlü partiyanın deputatı Ovik Ağazaryanın üzünə şillə vurub. Hökumətyönlü deputatların olmasından qəzəblənən həlak olan hərbçilərin valideynləri onları panteona buraxmayıb, danlayıb və təhqir ediblər”, - məlumatda deyilir.