Mərakeş zəlzələ zonalarının bərpası üçün 12 milyard ayıracaq

DÜNYA bölməsi

11:52 - 21 Sentyabr 2023

 Mərakeş zəlzələ zonalarının bərpası üçün 12 milyard ayıracaq

Mərakeş ölkədə baş verən zəlzələdən sonra 5 il ərzində bərpa işləri üçün 120 milyard dirhəm (12 milyard dollar) ayıracaq.

Yenipress.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Məlumata görə, bu vəsait zəlzələdən zərər çəkmiş insanların məskunlaşdırılması, bu ərazilərdə infrastrukturun yenidən qurulması və yaxşılaşdırılması məqsədi ilə ayrılacaq.

Qeyd edək ki, büdcə zəlzələdən zərər çəkmiş 6 şəhər üçün nəzərdə tutulub.

Xəbər xətti