Estetik əməliyyatlar iranlıları tanınmaz edir - Cərrah

SAĞLIQ bölməsi

10:58 - 21 Sentyabr 2023

 Estetik əməliyyatlar iranlıları tanınmaz edir - Cərrah

Son illər iranlıların estetik əməliyyatlara marağı kəskin artıb.

Yenipress.az xəbər verir ki, bunu Plastik Cərrahlar Cəmiyyətinin rəhbəri Şəhram Nikuməra deyib.

O bildirib ki, çoxsaylı estetik əməliyyat etdirdiyinə görə bir çox İran vətəndaşı tanınmaz hala düşüb:

“İnsanların estetik əməliyyatlarına, üzlərinin dəyişikliyinə meyli, bunun üçün ödənilən ağır xərclər cəmiyyətdə ciddi problemlərin yaranmasına səbəb olacaq”, - Nikuməram deyib.

Qeyd edək ki, açıqlanan son statistikada hər iranlının azı 1 estetik əməliyyat etdirdiyi, bunun kişilər arasında daha çox yayıldığı bildirilib.

Xəbər xətti