Ermənistan Baş naziri Nikol Paşinyan yaxın ətrafına bildirib ki, istefa verməyəcək.
Yenipress.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, dünən axşam hökumət binası yaxınlığındakı aksiyalar fonunda Paşinyan yaxın ətrafı ilə görüşüb və bildirib ki, heç bir halda istefa vermək olmaz, hər vasitə ilə hakimiyyəti saxlamaq lazımdır.
Bildirilib ki, məhz bu açıqlamadan sonra polis aksiya iştirakçılarına qarşı daha sərt tədbirlər görməyə başlayıb.