DTX, Baş Prokurorluq, DİN və DSX birgə brifinq keçirdi

SİYASƏT bölməsi

17:45 - 19 Sentyabr 2023

 DTX, Baş Prokurorluq, DİN və DSX birgə brifinq keçirdi

Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə mətbuat konfransı keçirib.

Yenipres.az xəbər verir ki, brifinqdə lokal antiterror əməliyyatdları haqqında məlumat verilib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Xəbər xətti