Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacağıq - Paşinyan

SİYASƏT bölməsi

17:12 - 19 Sentyabr 2023

 Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacağıq - Paşinyan

Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, - o qeyd edib.

Onun sözlərinə görə, bəzi dairələr dövlət çevrilişi daxil olmaqla, müxtəlif səpkili bəyanatlar verirlər: “Bu şərtlər daxilində Ermənistan dövləti qanunvericilik çərçivəsində reaksiya verməlidir. Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”.

Xəbər xətti


Digər xəbərlər