Hikmət Hacıyev: Qarabağ ermənilərinə mesaj göndərdik

SİYASƏT bölməsi

15:25 - 19 Sentyabr 2023

 Hikmət Hacıyev: Qarabağ ermənilərinə mesaj göndərdik

Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev Almaniyaya bağlı "politico.eu" saytına açıqlama verib.

Yenipress.az xəbər verir ki, o, sərhəddəki gərginlikdən danışıb və “məqsədin hərbi infrastrukturu zərərsizləşdirmək olduğunu” deyib. Əlavə edib ki, yerli erməni əhalisinə “terrorizmlə mübarizə tədbirləri” barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilib.

“Onlardan qanuni hərbi hədəflərdən uzaq durmaq xahiş (tələb) olunub”, - Hikmət Hacıyev bildirib.

Elbəyi Həsənli, Sürix

Xəbər xətti