Danimarka Ukraynaya daha 45 tank verəcək.
Yenipress.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen məlumat verib.
Məlumata görə, söhbət sovet istehsalı olan 15 modernləşdirilmiş T-72 tankından, həmçinin 30 “Leopard 1” tankından gedir.
Bu hərbi yardım , Danimarkanın keçən həftə elan etdiyi 830 milyon avro dəyərində yardım paketin bir hissəsidir.