Ermənistan yeni toqquşmalara hazırlaşır - Ekspert

GÜNDƏM bölməsi

12:59 - 19 Sentyabr 2023

 Ermənistan yeni toqquşmalara hazırlaşır - Ekspert

Xəbər verdiyimiz kimi, bu gün Qarabağ ərazisində iki yol qəzası və iki minaya düşmə faktı qeydə alınıb. Hər iki qəza nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində AAYDA-ya məxsus “Hovo” markalı yük maşınının tank əleyhinə minaya düşməsi nəticəsində agentliyin iki əməkdaşı həlak olub. Hadisə yerinə yollanan DİN əməkdaşları Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşüblər. Nəticədə 4 polis əməkdaşı həlak olub.

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı Yenipress.az-a açıqlamasında son günlər Ermənistan tərəfinin bu cür təxribatlarınındaha da intensivləşdiyini deyib.

“Hazırda Qarabağda mövcud olan erməni silahlı dəstələri müxtəlif istiqamətlərdə işlək yollarda belə minalar quraşdırmaqla mülki əhalimizin və güc strukturlarımızın fəaliyyətinə maneə törətməklə bərabər bir gün ərzində 6 nəfər Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnən təxribatlara yol veriblər. Bu tip təxribatların qarşısının alınması və gələcəkdə təkrar olunmaması üçün zəruri olan tədbirlər həyata keçirilməlidir. Həmçinin təxribatda əli olanlar ən ciddi şəkildə cəzalanmalıdır. Qarabağ ərazisində mövcud olan erməni silahlılar ərazidən tam təmizlənməyənə qədər bu tip təxribatları istisna etmək mümkün deyil. Düşmənin artan kəşfiyyat diversiya qruplarının fəaliyyəti Ermənistan silahlı birləşmələrinin yeni lokal toqquşmalara hazırlaşdığını nümayiş etdirir”, - ekspert bildirib.

Xəbər xətti