ABŞ Əhmədinejad və ETTELAAT-a sanksiya tətbiq etdi

DÜNYA bölməsi

11:54 - 19 Sentyabr 2023

 ABŞ Əhmədinejad və ETTELAAT-a sanksiya tətbiq etdi

İran ilə əsirlərin mübadiləsinin ardınca ABŞ administrasiyası İranın eks-prezidenti Mahmud Əhmədinejada, həmçinin, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) qarşı yeni sanksiyalar paketi tətbiq edib.

Yenipress.az xəbər verir ki, bu barədə "Aksios" saytı məlumat yayıb.

Məlumata görə, Bayden sentyabrın 18-də açıqlama verərək, İranın sabiq prezidenti M.Əhmədinejad və Kəşfiyyat Nazirliyinə qarşı qeyri-qanuni həbslərdə iştiraka görə sanksiya tətbiq olunduğunu elan edib.

“İranın bölgədəki təxribatçı hərəkətlərinə görə ona qarşı tədbirlər görməyə davam edəcəyik”, - Baydenin bəyanatında bildirilir.

Xəbər xətti