Qarabağda daha bir dəhşət: ölənlər var - Yeniləndi

TOPLUM bölməsi

11:00 - 19 Sentyabr 2023

 Qarabağda daha bir dəhşət: ölənlər var - Yeniləndi

09:57

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Yenipress.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədov həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzulidə yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Həmçinin, sentyabrın 19-u saat 04:00 radələrində Xocavənd rayonu ərazisində Azəravtoyol ASC-yə məxsus “Hovo” markalı yük avtomobili minaya düşüb, nəticədə sürücü və sərnişin hadisə yerində həlak olub.

***

Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu Azərenerji ASC-nin əməkdaşları deyil.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

Xəbər xətti