Füzulidə 9 polis qəzaya düşdü: 3-ü öldü

TOPLUM bölməsi

07:32 - 19 Sentyabr 2023

 Füzulidə 9 polis qəzaya düşdü: 3-ü öldü

Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Yenipress.az-a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti