Xocavənddə yük maşını minaya düşdü: 2 nəfər həlak oldu

TOPLUM bölməsi

07:42 - 19 Sentyabr 2023

 Xocavənddə yük maşını minaya düşdü: 2 nəfər həlak oldu

Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenipress.az-a bildirilib ki, Azəravtoyol ASC-yə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.

Araşdırma aparılır.

Xəbər xətti