Bakı ilə danışıqlar ümidvericidir - Kənani

SİYASƏT bölməsi

17:54 - 18 Sentyabr 2023

 Bakı ilə danışıqlar ümidvericidir - Kənani

Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlayacağına ümid edirik.

Yenipress.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sentyabrın 18-də keçirdiyi mətbuat konfransında deyib.

O, ötən gün Azərbaycan və İranın XİN başçılarının telefon danışığına toxunan Kənani müxtəlif məsələlərin müzakirə olunduğunu deyib:

“Ötən iki-üç ay ərzində təhlükəsizlik, məhkəmə və iqtisadi sahələr üzrə müzakirələr aparmışıq, danışıqlar ümidverici olub. Atılan addımların başa çatması nəticəsində Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağımıza nikbin yanaşır və bu prosesi arzuolunan və perspektivli hesab edirik”, - Kənani qeyd edib.

Xəbər xətti