Arkov: İrəvan bunu fransız ağalarının istəyi ilə edir

SİYASƏT bölməsi

15:59 - 18 Sentyabr 2023

 Arkov: İrəvan bunu fransız ağalarının istəyi ilə edir

Rəsmi İrəvanın və Qarabağda “hakimiyyət”də olan ekstremist təfəkkürlü şəxslərin dağıdıcı siyasəti ucbatından region həqiqətən də zəruri mallarla təminatda müəyyən çətinliklər yaşayır. İrəvanın və Parisin təbliğatının əksinə olaraq, söhbət humanitar fəlakətdən (bu, onların təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclasında uğursuz çıxışla təsdiqləndi) yox, Paşinyan və Makron siyasətinin girovuna çevrilmək məcburiyyətində qalanlara yardımdan gedir.

Yenipress.az xəbər verir ki, bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Vitali Arkov deyib.

“Birincisi, rəsmi Bakı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vasitəsilə Qarabağ bölgəsinə humanitar yardım göndərməklə, orada yaşayan erməni azlığına dəstək olmaq qərarına gəlib. Lakin İrəvanın göstərişi ilə ekstremistlər Ağdam-Xankəndi yolunda karvanın qarşısını kəsdilər və bununla da Qarabağın dinc əhalisini lazımi dəstəkdən məhrum etdilər.

Buna görə də Rusiya Qızıl Xaç Cəmiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə  Moskva və Bakı rəhbərliyinin dəstəyi əsasında Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağa ümumi həcmi 15 ton humanitar yardım çatdırdı. Onlara şəxsi gigiyena vasitələri, yemək, yataq dəstləri verilib.

Paradoksal vəziyyət ortaya çıxır: İrəvan bütün dünyaya qışqırır ki, guya Bakı Qarabağın erməni sakinlərinin etnosidini həyata keçirir, Moskva isə sülhməramlı funksiyaları yerinə yetirmir və onları müdafiə etmir. Reallıqda isə bunun əksidir: Moskva və Bakı Qarabağ sakinlərinə qayğı göstərir və yaranmış çətinliklərin həlli üçün bütün səylərini ortaya qoyur.  İrəvan isə erməni siyasətçilərin şəxsi ambisiyaları, həmçinin onların fransız ağalarının məkrli maraqlarını təmin etmək üçün bu çətinlikləri yaratmaqda davam edir. Qətiyyən istisna etmək olmaz ki, bu istəklə Qarabağ sakinləri aclıqdan ölə və ya hannibalizmə çatar. Əminəm ki, Rusiya və Azərbaycan Qarabağda vəziyyətin bu ssenari üzrə inkişafına imkan verməyəcək”, - o bildirib.

Yenipress.az

Xəbər xətti