Manatlıqlar yeniləndi - Üzərində onun imzası olacaq

İQTİSADİYYAT bölməsi

14:50 - 18 Sentyabr 2023

 Manatlıqlar yeniləndi - Üzərində onun imzası olacaq

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb.

Qurumdan Yenipress.az-a verilən məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb.

Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.

Qeyd edək ki, indiyə qədər 1 manatlıq kağız pul nişanları MB-nin keçmiş sədri Elman Rüstəmovun imzası ilə tədavülə buraxılırdı.

Xəbər xətti