BMT Təhlükəsizlik Şurasının dəyişdirilməsi zəruridir.
Yenipress.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu son dərəcə mühüm beynəlxalq qurumun effektivliyini artırmaq üçün BMT Təhlükəsizlik Şurası həqiqətən də transformasiya edilməlidir”, - o bildirib.
Peskovun sözlərinə görə, transformasiya məsələsi uzunmüddətli danışıqların mövzusudur və Moskva bu mövzuda dəfələrlə çıxış edib.