Tolik tələbə oldu - Siyasətçi olacaq

MAQAZİN bölməsi

14:10 - 18 Sentyabr 2023

 Tolik tələbə oldu - Siyasətçi olacaq

Tanınmış prodüser Tarix Əliyev tələbə adını qazanıb.

Yenipress.az xəbər verir ki, bu barədə özü İnstaqramda məlumat yayıb.

O, İstanbul Universitetinə "Siyasət və dövlət idarəçiliyi" fakültəsinə qəbul olub.

"Dostlar, bilirsiniz ki, prodüser və aparıcı olaraq çalışsam da, hər zaman siyasətə çox marağım olub. Hətta Almaniyada yaşadığım 2 il ərzində siyasi qruplarda çox aktiv olmuşam və siyasətə marağım hər zaman olub. İnşallah, bəlkə gələcəkdə siyasətçi oldum", - Tolik paylaşımında yazıb.

Xəbər xətti