Kremldən Kadırovla bağlı iddialara cavab

DÜNYA bölməsi

13:28 - 18 Sentyabr 2023

 Kremldən Kadırovla bağlı iddialara cavab

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenipress.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun prezident administrasiyasının məsələsi olmadığını söyləyib.

Peskov Kadırovun ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Teleqram kanalları Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşməsi ilə bağlı məlumatlar yayıb.

Xəbər xətti