Sentyabrın 17-də mədəni fəallar Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş mərasim keçiriblər.
Yenipress.az xəbər verir ki, tədbir güneyli mədəni fəal və sənətçilərin qurduğu “Yurdumuzun Sözləri - Kəpənəklər” mədəni qurumunun təşkilatçılığı ilə baş tutub.
Mərasimdə 13 yaşdan aşağı azərbaycanlı uşaqlar Şəhriyar və onun yaradıcılığı ilə bağlı şeirlər səsləndirib, Şəhriyarın Azərbaycan dilində yazdığı şeirləri dikləmə ediblər.
Hökumət qurumları tərəfindən törədilən maneələrə baxmayaraq, mərasim azərbaycanlıların böyük rəğbəti ilə qarşılanıb. Tehran və Qəzvindən olan qonaqların tədbirə qatılmaları mərasimə xüsusi rəng qatıb.
Təşkilatçılar mərasimin sonunda Azərbaycan dilində çıxış edən və şeirlər səsləndirən uşaqlara Şəhriyarın portreti həkk edilmiş təqdir lövhələri veriblər.
Qeyd edək ki, azərbaycanlıların etirazlarına baxmayaraq, İranın Mədəni İnqilab Ali Şurasının qərarı ilə 2000-ci ildən 18 sentyabr Şəhriyarın anım günü "Fars dili və ədəbiyyatı günü” kimi qeyd edilir.