Tanınmış sənətçi və teatr rejissoru Əli Nurani təhlükəsizlik məmurları tərəfindən Tehrandakı şəxsi mənzilində həbs edilib.
Yenipress.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat paylaşıb.
Sentyabrın 17-dən 18-ə keçən gecə saxlanılan rejissorun nədə ittiham edildiyi, hansı istiqamətə aparıldığı barədə məlumat almaq mümkün olmayıb.