Ordumuz atəşə tutuldu

SİYASƏT bölməsi

19:33 - 17 Sentyabr 2023

 Ordumuz atəşə tutuldu

Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Yenipress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbər xətti