Rejim qorxuda: Məhsanın şəhərinə helikopter cəlb olundu

SİYASƏT bölməsi

16:23 - 15 Sentyabr 2023

 Rejim qorxuda: Məhsanın şəhərinə helikopter cəlb olundu

Hökumət məmurları tərəfindən 2022-ci il sentyabrın 17-də öldürülən Məhsa Əmininin doğma şəhəri Saqqızda geniş təhlükəsizlik tədbirləri həyata keçirilir.

Yenipress.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər Əmininin öldürülməsinin ildönümündə yeni etiraz dalğasının başlamasının qarşısını almaq məqsədi daşıyır.

Məlumatda şəhər küçələrində xüsusi təyinatlı məmurların, SEPAH üzvlərinin və mülki geyimli təhlükəsizlik məmurlarının yerləşdirildiyi bildirilib.

Bununla yanaşı, iğtişaşa qarşı çox sayda maşınların cəlb edildiyi və SEPAH-a məxsus helikopterlərin şəhər səmasında uçuşlar həyata keçirdiyi qeyd edilib.

Xəbər xətti