Bakı əməliyyatlara bu tarixdən sonra başlayacaq - Ruslardan şok iddia

SİYASƏT bölməsi

15:52 - 15 Sentyabr 2023

 Bakı əməliyyatlara bu tarixdən sonra başlayacaq - Ruslardan şok iddia

Azərbaycanın Qarabağdakı silahlı separatçılara qarşı antiterror əməliyyatına başlayacağı iddia edilir.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin Rusiya seqmentində informasiyalar dolaşır.

Əməliyyatın sentyabr ayında baş tutacağı istisna edilmir.

Məlumdur ki, sentyabrın 18-də Nyu Yorkda 2023-cü ilin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi start götürür. İlin ən nüfuzlu forumunun keçirildiyi dövrdə əməliyyatın baş tutması real görünmür, ona görə də antiterror əməliyyatının məhz sentyabrın 23-dən sonraya planlaşdırıldığı iddia olunur.

Ən uyğun tarixlərdən biri kimi isə İkinci Qarabağ savaşının başladığı tarix göstərilir.

Xəbər xətti