Berlin bu sistemlərin Kiyevə ötürülməsini müzakirə edir

GÜNDƏM bölməsi

15:14 - 15 Sentyabr 2023

 Berlin bu sistemlərin Kiyevə ötürülməsini müzakirə edir

Almaniya tərəfdaş ölkələrlə IRIS-T hava hücumundan müdafiə sistemlərinin müvəqqəti olaraq Ukraynaya təhvil verilməsini müzakirə edir.

Yenipress.az xəbər verir ki, bunu Almaniyanın Yaşıllar Partiyasının rəhbəri Omid Nuripur deyib.

“Təbii ki, Ukraynanın daha çox raketdən müdafiə sisteminə ehtiyacı var. IRIS-T sistemləri şəhərləri qorumağa kömək edir, ona görə də bu vacibdir. Berlin hökuməti bunu Almaniyadan IRIS-T almış tərəfdaş ölkələrlə də müzakirə edir. Həmin dövlətlər heç olmasa müvəqqəti olaraq bu sistemləri Ukraynaya göndərə bilsinlər”, - o bildirib.

Siyasətçi Almaniyanın danışıqlar apardığı ölkələrin adını çəkməyib.

Qeyd edək ki, 2018-ci ildə Almaniya Misirə dörd RIS-T SLM sistemi satıb, 2021-ci ildə isə Misir əlavə olaraq 16 sistem sifariş edib. Həmçinin 2019-cu ildə İsveç Almaniyadan ilk yaxın mənzilli IRIS-T SLS sistemini alıb.

Xəbər xətti