Kişi həkimlərin qadın xəstələri müayinəsi qadağan edilir

TOPLUM bölməsi

15:11 - 15 Sentyabr 2023

 Kişi həkimlərin qadın xəstələri müayinəsi qadağan edilir

İranda kişi həkimlərin qadın xəstələri müayinə və müalicə etməsi qadağan ediləcək.

Yenipress.az xəbər verir ki, bu barədə İran Prokurorluğunun Səhiyyə Nazirliyinə göndərdiyi məktubda bildirilib.

“Qadınlarla bağlı tibb şöbələrində, o cümlədən, cərrahiyyə və doğuş otaqlarında kişi tibb işçilərinin olması qadağan edilsin. Məsələ ilə bağlı tələb olunan göstərişlərin tərtib edilməsi və çatdırılması, habelə müvafiq bölmələr tərəfindən onun yaxşı yerinə yetirilməsinə və tam əməl olunmasına nəzarət edilsin”, - məktubda yazılıb.

Xəbər xətti