Ərdəbil əyalətinin Muğan bölgəsində 17 gənc təhlükəsizlik və polis əməkdaşları tərəfindən həbs edilib.
Yenipress.az xəbər verir ki, bu barədə Parsabad şəhərinin prokuroru Firuz Fərhani məlumat verib.
O, saxlanılanların ictimai asayişi pozduqlarını, ümumi məkanlarda spirtli içki içdiklərini iddia edib.
Yerli sosial media fəalları həbslərin gözlənilən ümumi etiraz aksiyaları ilə bağlı olduğunu bildiriblər.
Qeyd edək ki, son iki gün ərzində Təbriz şəhərində 6 tanınmış milli-mədəni fəal həbs edilib.