Səudiyyə Ərəbistanında polkovnik-leytenant və baş çavuş dövlətə xəyanət ittihamı ilə edam edilib.
Yenipress.az xəbər verir ki, bu barədə yerli media məlumat verib.
Məlumata görə, məhkəmədə polkovnik-leytenant Məcid bin Musa və Hərbi Hava Qüvvələrinin baş çavuşu Yusuf bin Həsən əl-Azuni təqsirli bilinərək Taif bölgəsində edam edilib.
Qeyd edək ki, əsgərlər müharibə cinayəti, milli maraqları və hərbi şərəfi qorumamaq və bu kimi vətənə xəyanətdə ittiham olunublar.