Rusiya Azərbaycan və Ermənistan tərəflərini təmkinli olmağa çağırır.
Yenipress.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz hər iki tərəfi təmkinli olmağa və 2 il əvvəl imzalanmış üçtərəfli sənədlərin ruhunda, təbii ki, o vaxtdan sonra yaranmış yeni reallıqları nəzərə alaraq hərəkət etməyə çağırırıq. Kreml Bakı ilə İrəvan arasında gərginliyin səngiməməsindən, hətta bəzi bölgələrdə artmağa meylli olmasından narahatdır. Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır və Bakı və İrəvanla əlaqələr davam edir”, - Peskov bildirib.